Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

Dünya 22:45 17.01.2022

Yeni növ koronavirus (COVID-19) infeksiyası daim mutasiyaya məruz qalır və nəticədə yeni ştamlar yaranır. Onların arasında insanlar üçün təhlükəli olanlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ad verilir. COVID-19-un son aylarda prioritetə çevrilən ştamı isə “omicron”dur.

“Omicron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. Hazırda dünyada 51 milyondan çox aktiv koronavirus xəstəsi var. Son yoluxmalarda “omicron” ştamı dominantlıq təşkil edir.

EDNews.net-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətləndirilməsini zəruri hesab edir. Pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşdırılması vacibdir. Ona görə də, qeyri-real görünsə də, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də “buster” doza vurduranların sayının azlığıdır.

Yaxın həftələrdə dünyada “omicron” ştamı ilə əlaqədar olaraq növbəti dalğanın başlayacağı ehtimal edilir. ÜST-nin proqnozlarına əsasən, mart ayında Avropa əhalisinin yarısından çoxu “omicron” ştamına yoluxacaq.

Son günlər dünya ölkələrində müşahidə edilən yoluxma dinamikası da bunu sübut edir. Rusiyada əvvəlki həftələrlə müqayisədə koronavirusa yoluxma sayında 30 faiz artım müşahidə edilib. Paytaxt Moskvada isə yoluxma sayı ötən həftə iki dəfə artıb. Rusiya Prezidenti Vladimir Putinin ötən həftə əhaliyə xəbərdarlığı da diqqət çəkib. O qeyd edib ki, hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi “bir neçə həftə vaxtı qalır”. Məlumata əsasən, Rusiyada hazırda dominant ştam “omicron”dur.

Fransada da koronavirusla bağlı vəziyyət gərgindır. Ölkə parlamenti “omicron” ştamına görə sanitar qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edib və yeni qaydalar yanvarın 20-dən qüvvəyə minir.

Yunanıstanda isə hökumətin 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara tətbiq etdiyi aylıq cərimələr nəticəsində yüz minlərlə yunanıstanlı cərimə ödəməli olacaq.

Avstriyada da vaksinasiya ilə bağlı məcburiyyətdən boyun qaçıranlara cərimələr tətbiq ediləcək. Ölkə kansleri 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün vaksinasiyanın məcburi olacağını bildirib. Peyvənd vurdurmaqdan imtina edənləri isə 600 avrodan 3600 avroya qədər cərimə gözləyir.

Almaniyada restoran və barlara giriş şərtləri sərtləşdirilir. Vətəndaşlar həmin obyektlərə daxil olmaq üçün tam vaksinasiya və COVID-19 testinin neqativ nəticəsini təqdim etməlidirlər. Lakin bu tələblər “buster” doza vurduranlara şamil olunmayacaq.

İslandiyada “omicron” ştamının geniş yayılması ilə koronavirusun 5-ci dalğası başlayıb. Ona görə də fevralın 2-dən etibarən barlara giriş qadağan ediləcək və 10 nəfərdən çox şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.

Azərbaycanda isə dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət sabitdir. Ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün isə ümumilikdə 10 min çarpayı ayrılıb. Müsbət haldır ki, hazırda həmin çarpayı ehtiyatının yalnız 10 faizi istifadədədir. Pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər indi də səmərəliliyini göstərir. Nəticədə Azərbaycan koronavirus xəstəliyi səbəbindən həyatı itirənlərin az olduğu ölkələr sırasındadır.

Real vəziyyət göstərir ki, yoluxma sayı sürətlə artacağı halda belə, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Aparılan hesablamalara əsasən, Azərbaycanda vaksinasiya prosesi də uğurla davam edir və 18 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi peyvəndin hər iki dozasını alıb, eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçib.

Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi yenidən sərt qapanmalara ehtiyac görmür. İstənilən halda, peyvəndləmə prosesi yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “omicron” ştamı Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruridir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı