Kiyevdə vergi güzəştləri əldə etmək istəyən sahibkarlar Ali Radanın qarşısında aksiya keçiriblər.
EdNews "Ria Novosti"-yə istinadən xəbər verir ki, Radanın binasına girməyə cəhd edən etirazçılarla polis arasında qarşıdurma olub. Bundan sonra sahibkarlar şəhərin mərkəzi küçələri boyu yürüş ediblər.
Onların başlıca tələbi nəzarət-kassa aparatlarından istifadənin sadələşdirilmiş sistemi haqqında qanun layihəsinin qəbulu və Vergi Məcəlləsində güzəştlərdən ibarət olub.
Yürüyüşdən sonra etirazçılar yenidən Radanın qarşısında toplaşıb mitinqə davam ediblər. Parlament binasına girməyə cəhd edən aksiya iştirakçıları və mitinqin təşkilində şüphəli bilinən bir sıra sahibkarlar polis tərəfindən saxlanılıb.