Rusiya Qara dənizdə hərbi təlim keçirir - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Rusiya Qara dənizdə hərbi təlim keçirir

Dünya A- A A+

Rusiya Hərbi Dəniz Donanmasının Sevastopol və Novorossiyskidə yerləşən 20-dən çox gəmisi, döyüş katerləri təlimdə iştirak etmək üçün Qara dənizə yan alıblar.

Ednews Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Qara dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenovun başçılığı ilə bütün bölgələrdə planlaşdırılmış silsilə təlim keçirilir. Təlimlər Rusiyaya yaxın dünya okeanlarının vacib rayonlarında baş tutur. Ayrı-ayrılıqda Aralıq, Şimal, Oxot dənizlərində, Atlantik və Sakit okeanların şimal-şərqində hərbi tədbirlər reallaşdırılır. Bu tədbirlərdə 140-dan arıq döyüş gəmiləri, 60-dan çox PUA, 1000 həbi texnika, 10 minə yaxın hərbçi iştirak edir.

Qeyd edək ki, yanvarın 26-da Şimal Dəniz Donanmasının döyüş gəmiləri təlimdə iştirak etmək üçün Barens dənizinə çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...