ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edərək qalib gəlmək niyyətinə növbəti dəfə eyham vurub.
Sosial şəbəkələrdə siyasətçinin qolf oynayarkən çəkilmiş videosu yayılıb.
Onun üzərində seçkiqabağı kampaniyasının şüarı olan “Make America Great Again” yazılmış papaq və soyadı yazılmış köynək geydiyi diqqətdən yayınmayıb.
Tramp topu qazona qoyarkən kadr arxasında “Televiziyada ilk: ABŞ-ın 45-ci prezidenti” sözləri səslənir.