“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyinə söz verib”.
Ednews xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri son zamanlar Türkiyə-Ermənistan əlaqələrinin yaxşılığa doğru səmt aldığını bildirib. Daha sonra Mövlud Çavuşoğlu bildirib ki, fevral ayından Türkiyə Ermənistan arasında qarşılıqlı uçuşlar başlayacaq.
“Bundan başqa Antalya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın Baş naziri Nikol Paşinyan da forumda iştirakı gözlənilir. Gəlsələr, məmnun olarıq”.