Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin səhhətində problemlər yaranıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan 75 yaşlı siyasətçinin vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, Jirinovski artıq iki gündür xəstəxanadadır.