Rusiya ilə müharibənin astanasında olan Ukraynadan həyəcanlı xəbər gəlib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, separatçıların nəzarətində olan Donetskdəki hava limanı yaxınlığında güclü partlayış səsi eşidilib.
Ukrayna ordusundan isə hərbçilərinin atəşkəs rejiminə əməl etdiyi və Donetsk istiqamətində atəş açmadığı bildirilib.
Qeyd edək ki, partlayışın səbəbi bilinmir.