Dünya Taekvondo Federasiyası (DTF) Rusiya və Belarus komandalarına qarşı sanksiya tətbiq edib.
Ednews xəbər verir ki, qərara əsasən, taekvondo üzrə beynəlxalq yarışlarda Rusiya və Belarusun dövlət bayraqları nümayiş etdirilməyəcək, himnləri isə səsləndirilməyəcək.
Dünya Taekvondo Federasiyası və Avropa Taekvondo İttifaqı Rusiya və Belarusda taekvondo tədbirləri təşkil etməyəcək və keçirilən tədbirləri tanımayacaq.
Dünya Taekvondo Federasiyası bildirir ki, Ukrayna xalqının yanındadır və bu müharibənin sülh yolu ilə və dərhal başa çatmasına ümid edir.