“COP29 həm də yaşıl layihələrinin və eləcə də Qarabağın alternativ enerji potensialını üzə çıxaracaq. Bu Azərbaycanın dünyada nüfuzuna sözsüz ki, olduqca müsbət təsir edəcək”.
Bu fikirləri Ednews TV-ə müsahibəsi zamanı bildirən macarıstanlı professor Lazlo Vaşa, tədbirdən sonra turizmin yüksək səviyyədə inkişaf edəcəyini qeyd edib:
“COP29 Azərbaycan və onun qonşu ölkələri üçün möhtəşəm fürsətlər yaradacaq. Bu tədbirdə ən önəmli iqtisadi və iqlim məsələləri müzakirə olunacaq. Azərbaycanın bu layihəsi ölkəni dünyanın ən böyük araşdırma şəbəkələrinə bağlayacaq.
Bakının infrastruktur məsələsində onu deyə bilərəm ki, 100 mindən çox qonaq paytaxt şəhərdə olacaq. Əminəm ki, qonaqlar üçün lazımi hazırlıqlar görüləcək və bir neçə həftə davam edən bu tədbirdə heç bir infrastruktur probleminin yaşanacağını düşünmürəm.
Əlbəttə ki, COP29 Azərbaycanın turizmini canlandıracaq və ÜDM-un 10%-i təşkil edən turizmi əsas sahələrdən birinə çevrəcək”.
Fərid
Daha ətraflı videoda: