Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi

Cəmiyyət 16:35 14.05.2024

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Xankəndidə keçirilib.

Ednews xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıya çıxan çətinliklər və onların həlli yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına uyğun olaraq, hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası, telekommunikasiya şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.

R.Hümmətov hazırda Laçın hava limanının tikintisi üzrə işlərin ümumi icra vəziyyətinin 65 faiz təşkil etdiyini, eləcə də ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib.
Bildirib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi müvafiq olaraq 92,5 və 52 faiz təşkil edir. Bununla yanaşı, hazırda Ağdam-Xankəndi dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər həyata keçirilir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də səfərlərin təşkili ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud marşrutlara əlavə və tələbata uyğun olaraq yeni istiqamətlərdə avtobus marşrutlarının açılması üzrə işlər görülür.

Qarabağa turist səfərlərinin genişləndirilməsi məqsədilə “Yolumuz Qarabağa” portalı vasitəsilə vətəndaşlara fərdi minik avtomobilləri ilə də Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər etmək imkanı yaradılıb.

Bildirilib ki, Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə işlər davam edir. Bununla yanaşı, aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb. Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib.

Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radio proqramın yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün antiterror tədbirləri nəticəsində işğaldan azad edilən ərazilər də daxil olmaqla, ümumilikdə 300 baza stansiyası quraşdırılıb.

Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir. 

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Heydər Rüstəmov, “Teleradio” İB-nin baş direktoru vəzifəsini icra edən Elman Həsənov, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev və digər iştirakçılar da iclasda çıxış ediblər. Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlərlə bağlı qarşıda duran vəzifələrdən söz açılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Səfər çərçivəsində Xankəndi şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin mövcud vəziyyətinə, şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə, Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə–Ağdam, eyni zamanda, tikintisi davam edən Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa avtomobil yollarına baxış keçirilib.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı