Bayden: - “NATO və Rusiyanın birbaşa qarşıdurması Üçüncü Dünya müharibəsidir” - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Bayden: - “NATO və Rusiyanın birbaşa qarşıdurması Üçüncü Dünya müharibəsidir”

Dünya A- A A+

“Biz Avropadakı müttəfiqlərimizin yanında duraraq səhvsiz bir mesaj vermək istəyirik: Biz NATO ərazisinin hər bir qarışını NATO-nun vahid və çevik gücü ilə qoruyacağıq”.

Ednews xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ və müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

“Biz Ukraynada Rusiyaya qarşı müharibədə döyüşməyəcəyik. Rusiya ilə NATO arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsidir. Biz bundan çəkinməyə çalışmalıyıq. Amma, biz bilirik ki, Putin Ukraynaya qarşı müharibəsində heç vaxt qələbə qazanmayacaq. O, Ukraynaya döyüşsüz dominantlıq etməyə ümid etdi, bacarmadı. O, Avropanın qətiyyətini bölməyə çalışdı, amma bacarmadı. O, NATO-nu zəiflətməyə çalışdı, bacarmadı. ABŞ demokratiyasını bizim mövqeyimiz baxımından parçalamaq istədi, yenə bacarmadı. Amerika xalqı birləşib, dünya birləşib və biz Ukrayna xalqının yanındayıq”, - Bayden qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...