“Üçüncü gücləndirici peyvənddən əldə etdiyimiz qorunma xəstəxana və ölüm halları üçün olduqca yaxşıdır, lakin hazırda dördüncü gücləndirici vaksin lazımdır”
Ednews xəbər verir ki, bunu “Pfizer”-in baş icraçı direktoru Dr. Albert Bourla ABŞ telekanalına müsahibəsində söyləyib.
O, həmçinin, koronavirusa qarşı peyvəndlərin uzun müddət təsirli olmadığını və Omikron da daxil olmaqla virusun bütün variantlarına qarşı ən az bir il istifadə edilə bilən peyvənd üzərində işləməyə davam etdiklərini bildirib.
Xatırladaq ki, hazırda Azərbaycanda Covıd-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.
Aysel Bədəlova