“Mühüm və kritik məsələlərdə Rusiya və Ukraynanın mövqelərinin yaxınlaşması var. Xüsusilə, ilk dörd bənddə demək olar ki, üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər prezidentlər (Zelenski və Putin nəzərdə tutulur) səviyyəsində həll edilməlidir”.
Ednews xəbər verir ki, bunu “Hürriyet”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, həmçinin vurğulayıb ki, tərəflər indiki mövqelərindən geri çəkilməsələr, o zaman atəşkəsə ümid var.