“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”.
Ednews xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqramda yazıb.
Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib.
*** 13:14
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski vəfat edib.
Ednews "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı senator Aleksandr Pronyuşkin verib.
Senator bildirib ki, o, Moskva klinikalarından birində dünyasını dəyişib.
Qeyd edək ki, Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib, o vaxtdan xəstəxanadadır. Siyasətçinin 75 yaşı var idi.