Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri vəzifəsini icra edəcək.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu fraksiya rəhbərinin müavini Yaroslav Nilov bildirib.
"Leonid Eduardoviç Slutski fraksiyanın qərarı ilə partiya lideri Vladimir Jirinovskinin vəfatı ilə bağlı matəm tədbirlərinin təşkili müddətinə LDP fraksiyasının müvəqqəti rəhbəri təyin edilib", - mənbə bildirib.