Türkiyədə son aylarda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Əfqanıstanlı qeyri-qanuni miqrantların sayı artıb.
Ednews “Hürriyət”ə istinadən xəbər verir ki, Türkiyədə qanunsuz yaşayan 908 miqrantdan 227-si saxlanılaraq Malatya Miqrasiya İdarəsinin müvəqqəti saxlanma mərkəzinə gətirilib.
Bildirilib ki, saxlanılanların əksəriyyəti Əfqanıstan və Pakistan vətəndaşlarıdır.
Saxlanılanlar səhər saatlarında lazımi əməliyyatlardan sonra Malatya Hava Limanından xüsusi çarter reysləri ilə ölkələrinə geri göndərilib.
Nəzrin Beydiyeva