Hollivudun məşhur aktrisası Ancelina Coli Ukraynaya səfər edib. BMT-dən bununla bağlı açıqlama verilib.
Ednews xəbər verir ki, qurum Ancelina Colinin Ukraynaya öz təşəbbüsü ilə getdiyini deyib.
“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu səfərlə heç bir əlaqəsi yoxdur”, - deyə BMT-dən bildiriblər.
Təşkilat həmçinin qeyd edib ki, 46 yaşlı aktrisa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiridir, lakin o, rəsmi işləri ilə bağlı Lvovda olmayıb”.
Ukrinform BMT rəsmisinin dediklərindən sitat gətirib.
Colinin Ukraynada olduğu haqda informasiyanı BMT sosial şəbəkələrdən öyrənib.