İrəvanda polis tərəfindən saxlanılan Hampiq Sasunyan sərbəst buraxılıb.
O, polis tərəfindən ona qarşı kobud münasibətdən şikayətlənib.
“Sadəcə küçə ilə gedirdim və polisdən gəncləri nə üçün saxladıqlarını soruşurdum. Cavabında iki polis məni yaxaladı və maşına mindirdi”.
***
İrəvanda keçirilən aksiyalarda ASALA terrorçusu Hampiq Sasunyan saxlanılıb.
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, H.Sasunyan 1982-ci ilin yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirib, 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb.