Ukrayna daha bir rus gəmisi olan “Admiral Makarov”u vurduğu barədə məlumat verib.
Hücumun raketlərlə həyata keçirildiyi açıqlanıb.
Ukraynalı deputat Oleksiy Qonçarenko “Telegram” səhifəsində “Admiral Makarov”-un “Ukrayna Neptun” adlandırılan xüsusi raketlə vurulduğunu bildirib.
Bunu da qeyd edək ki, ötən həftələrdə Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı kimi tanınan “Moskva” adlı gəmini də raketlə vurmuşdu.