Çin alimləri Aydakı torpaqla bağlı araşdırmalar ediblər.
Ednews xəbər verir ki, araşdırmalar nəticəsində onlar Ay torpağının oksigen istehsal etmək potensialına malik olduğunu kəşf ediblər.
Çin alimləri müəyyən ediblər ki, Aydakı torpağın oksigen və yanacaq istehsal etmək potensialı ola bilər. Alimlərin fikrincə, yeni kəşf həmin resurslardan Ay və dünyada istifadə etmək üçün yeni imkanların qapısını açıb.
Nankin Universitetinin tədqiqatçıları Çinin "Chang'e-5 rover" kəşf qurğusu tərəfindən Yerə gətirilən Ay nümunəsində karbon qazını oksigen və yanacağa çevirə bilən aktiv maddələrin olduğunu aşkar ediblər. Elm adamları ilkin olaraq Ayda ən çox yayılmış iki mənbədən - Ayın torpağından və günəş radiasiyasından istifadə edəcək bir sistem hazırlamağı ümid edirlər.