İlon Mask “Twitter”dəki saxta və ya spam hesabların sayı ilə bağlı sorğusundan sonra sosial media platformasını almaq üçün etdiyi 44 milyard dollarlıq müqavilənin saxladıldığını bildirib.
Ednews xəbər verir ki, o, saxta və spam hesabların həqiqətən istifadəçilərin 5%-dən azını təşkil etdiyinə dair hesablamaları təsdiqləyən məlumatı gözlədiyini qeyd edib.
Mask saxta hesabların təmizlənməsinin tərəfdarıdır.Buna baxmayaraq, analitiklər onun qiyməti yenidən müzakirə etmək və ya sosial media platformasını almaqdan imtina edəcəyini düşünürlər.
Maskın tvitindən sonra Twitter səhmləri 25%-ə qədər ucuzlaşıb. Milyarder hələ də sosial media platformasını almaq fikrində olduğunu bildirib.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, “Twitter” və ya Mask razılaşmadan imtina edərsə, qarşı tərəfə 1 milyard dollarlıq xitam haqqı ödəməlidir.
Mirvari Əzizova