Mayın 19-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, toplantıda Rusiya-Ukrayna müharibəsi, həmçinin NATO-nun iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə hazırlıq məsələləri müzakirə olnuacaq.
Bildirilir ki, müzakirələrdə Ukrayna və Alyansa üzv olmaq üçün ərizə verən Finlandiya və İsveç müdafiə nazirləri də iştirak edəcəklər.