Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib

Dünya A- A A+

İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

Ednews “Reuters”'ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.

Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Məhkəmənin qərarında icraata başlamaq üçün “kifayət qədər əsasların” olduğu vurğulanıb.

Bildirilib ki, qərar ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı rəyə etirazına cavab olaraq qəbul olunub. İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...