Aİİ ölkələrinin liderləri bu il təşkilatın ilk sammitini keçirəcəklər - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Aİİ ölkələrinin liderləri bu il təşkilatın ilk sammitini keçirəcəklər

Dünya A- A A+

Avrasiya İqtisadi İttifaqı ölkələrinin bu il ilk iclası keçiriləcək.

Ednews xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqı ölkələrindən (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya) həmkarları ilə birlikdə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

“Beşlik” üzvlərinin iqtisadi qarşılıqlı fəaliyyətinə dair 15 sual liderlərin müzakirəsinə təqdim edilib.

Qırğızıstanın sədrliyi ilə keçiriləcək iclas videokonfrans formatında olacaq.

Ötən ilin dekabrında Aİİ-nin əvvəlki sammiti də pandemiya ilə əlaqədar videobağlantı vasitəsilə keçirilib.

İclasa Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edəcək.

Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin rəhbərlərindən əlavə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Kuba Prezidenti Migel Diaz-Kanel müşahidəçi qismində iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...