Seymur Nəsirovun Ərəb KİV-də Müstəqillik Gününə həsr olunan məqaləsi dərc olundu - FOTOLAR - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Seymur Nəsirovun Ərəb KİV-də Müstəqillik Gününə həsr olunan məqaləsi dərc olundu - FOTOLAR

Dünya A- A A+

Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən, Livan, Suban və İraqın 50 dən çox qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

Ednews xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun həyata keçirdiyi islahatlardan ətraflı bəhs olunur. Müəllif qeyd edib ki, cəmi iki il ərzində müstəqil dövlətin ordusu, mərkəzi bankı yaradılıb, pul vahidi dövriyyəyə buraxılıb. 1920-ci ilin aprelində bolşevik qoşunlarının müdaxiləsi, o cümlədən onlara yardım edərək Azərbaycanda qırğınlar törədən erməni daşnak quldur dəstələrinin vəhşilikləri böyük faciələrlə səbəb olub. Həmin dövrdə xalqımız düşmən işğalına qarşı mübarizə aparıb. Azərbaycanın cənub bölgəsində bolşeviklərə qarşı müqavimət hərəkatına başçılıq etmiş Şeyx Şüeyb Xəlifə Nəsir oğlundan bəhs etmişdir. İşğaıçı düşmənlərə baş əyməyən Şeyx Şüeyb 1921-ci ilin fevralın 21-22-də Xəzər dənizi sahilində şiddətli döyüşlərdə şəhid edilir. Bütün bu məlumatlar və xalqın işğalçılara qarşı boyun əyməyəcəyi barədə çağırışları arxivdə saxlanılan məktublarda öz əksini tapıb.

Məqalədə tarixi faktlar əsasında işğalçı ingilis qüvvələrinin əlində alət olan ermənilərin 1919-cu ildə Misirdə törətdikləri vəhşiliklər, misirli inqilabçı vətənpərvərləri qətlə yetirmələri barədə məlumat da təqdim olunub. Müəllif qeyd edib ki, Şeyx Əbdül Vahab Əl Nəccarın xatirələrində “Qırmızı günlər” adlanan həmin qanlı hadisələr öz əksini tapıb.

Ərəb tədqiqatçılarının həmin dövrə aid olan Azərbaycan haqqında fikirlərini də sitat gətirən müəllif ölkəmizin Misir və digər ərəb ölkələri ilə əlaqələrindən də bəhs edib.

Məqalədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğalı olunması, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və qırğınlar, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi barədə də məlumat verilib. Müəllif vurğulayıb ki, barbar ermənilər Azərbaycan şəhərlərini viran qoyduqlarına şəxsən şahidi olmuşdur. Onların bir çoxu atom bombası zərbəsində məruz qalmış Xirosima və Naqasakini xatırladır. Yazıda diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin nəzarəti altında bu şəhərlərin bərpası və yenidən qurulması işləri uğurla davam edir, tarixi irs abidələri əvvəlki görkəminə qaytarılır. Eyni zamanda, qüdrətli və qalib dövlət olan Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.

Ölkəmizin ərəb dünyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edən müəllif bu il dost ölkə olan Misirlə diplomatik münasibətlərin 30 ilinin tamam olduğunu xatırladır.

 
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...