Kolumbiyada prezident seçkiləri keçiriləcək - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Kolumbiyada prezident seçkiləri keçiriləcək

Dünya A- A A+
Bu gün Kolumbiyada prezident seçkiləri keçiriləcək.
 
Ednews xəbər verir ki, hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməyəcək. Çünki prezident yenidən seçilmək hüququ olmadan dörd il müddətinə seçilir.
 
Səsvermə nəticəsində namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu iyunun 19-da keçiriləcək.
 
Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparacaq. Solçu “Tarixi Pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro favorit hesab olunur. Mayın 19-da dərc edilən sorğunun nəticələrinə görə, respondentlərin 35,8 faizi ona səs verməyə hazırdır.
 
Seçki kampaniyası zamanı Petro mayın 23-də Kolumbiyaya rəsmi olaraq ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusu verən Boqota ilə Vaşinqton arasında əməkdaşlığın bəzi aspektlərini tənqid edib.
 
Namizəd ölkələr arasında azad ticarət haqqında sazişə yenidən baxılmasının zəruriliyini bildirib və narkotiklərin yayılmasına qarşı mübarizədə onların qarşılıqlı fəaliyyətinin səmərəsizliyini qeyd edib.
 
Petronun əsas rəqibi, hazırkı hökumətin “Kolumbiya üçün Komanda” sağçı koalisiyasının dəstək verdiyi Federiko Quterrez və namizədliyi özü tərəfindən irəli sürülmüş Rodolfo Hernandez ola bilər.
 
Kolumbiyanın daxili işlər naziri Daniel Palasiosun sözlərinə görə, hakimiyyət seçkilərdə asayişi təmin etmək üçün 300 mindən çox hərbçi və polisi cəlb edəcək. Cinayətkar dəstələrin fəaliyyət göstərdiyi sərhəd bölgələrində təhlükəsizlik tədbirləri gücləndiriləcək. Seçkilərlə əlaqədar Kolumbiya Venesuela ilə sərhədi üç gün müddətinə bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...