Kolumbiyalı keçmiş partizan Qustavo Petro prezident seçkilərinin birinci turunda qalib gəlib
Ednews xarici mediaya istinadən xəbər verir ki, Keçmiş Baqota meri, 62 yaşlı Petronu 28 faiz səslə 77 yaşlı milyonçu Rodolfo Hernandes üstələyib. Ernandes “Kolumbiyanın Trampı” adlandırılıb.
Əslində, siyasətçi Federiko Qutyerresin ikinci yeri tutacağı gözlənilirdi, lakin Ernandes yaddaqalan çıxışı ilə ikinci turda Qustavo Petro ilə rəqabət aparmağı bacarıb.
Namizədlərdən biri səslərin 50 faizini keçə bilmədiyi üçün prezident seçkiləri iyunun 19-da ikinci turla davam edəcək. Qeyd edək ki, Kolumbiya bir ilə yaxındır ki, dərinləşən iqtisadi və sosial böhran səbəbindən müəyyən narazılıqlara məruz qalıb.
Nəzrin Beydiyeva