Nigeriya "meymunçiçəyi" virusundan ilk ölümün qeydə alındığını açıqlayıb.
Bu barədə Ednews haberglobal-a istinadən xəbər verir.
Nigeriyanın rəsmi orqanlarından verilən məlumata görə, ölkədə yanvar ayından etibarən doqquz ştatda 21 "meymunçiçəyi"nə yoluxma halı aşkarlanıb. Bu günə qədər virusdan yalnız bir nəfər həyatını itirib. Sözügedən şəxs müxtəlif xəstəlikləri olan və immunosupressiv dərmanlardan istifadə edən 40 yaşlı xəstədir.
Xanlar Əlibəy