İtaliyada quraqlıq mövsümü davam edir.
Ednews xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Milanda bələdiyyə dekorativ hovuzların bağlanması, 26 dərəcədən aşağı temperaturda kondisionerlərin işləməməsi kimi tədbirlərə əl atıb.
Bildirilir ki, may ayında İtaliyada temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,83 dərəcə yüksək olub. İyun ayında isə həddindən artıq istilər səbəbindən bir çox şəhərlərə "qırmızı xəbərdarlıq" edilib.
Həmçinin yağıntıların miqdarında da xeyli azalma müşahidə olunub.
Ölkənin ən uzun çayı olan Poda çayının səviyyəsi son 70 ilin ən aşağı səviyyəsinə düşüb.
Vəziyyətlə əlaqədar olaraq şəhərdəki bəzək hovuzlarının suyunun kəsilməsi, qazonları və yaşıllıqları sulayan fəvvarələrin bağlanması kimi tədbirlər görülüb.
Nəzrin Beydiyeva