İndoneziyanın Bali adasında Böyük İyirmiliyin (G20) zirvə görüşü başlayıb.
Ednews xəbər verir ki, tədbirdə ABŞ-ın Dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.
Bu, Ukrayna münaqişəsi başlayandan Lavrov və Blinkenin ilk görüşüdür.
Ukrayna böhranı, qlobal iqtisadi və siyasi vəziyyət görüşün əsas müzakirə mövzularıdır.