ABŞ-ın Virciniya ştatında 2 gündür davam edən şiddətli tufan və yağışlar səbəbli daşqın baş verib.
Ednews xəbər verir ki, ştatın şimalında yerləşən Buchanan qraflığında 44 nəfərdən xəbər almaq mümkün olmayıb.
Verilən açıqlamada adı çəkilən şəxslərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmadığı üçün aidiyyatı orqanlara məlumat verildiyini bildirib. Həmçinin xətlərin zədələnməsi nəticəsində bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyi də vurğulanıb.
Daşqın nəticəsində ən azı 100 evə ziyan dəydiyi bildirilib.
Bu səbəblə Virciniya qubernatoru Qlenn Yanqkin ərazidə fövqaladə vəziyyət elan edib.