G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri İndoneziyanın Bali adasında toplanıb.
Ednews xəbər verir ki, İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcionun məlumatına görə, keçirilən görüşün ilk günündə qlobal iqtisadiyyat, səhiyyə və maliyyə məsələləri ilə bağlı səmərəli müzakirələr aparılıb.
“G20 ölkələri dünya iqtisadiyyatının bərpası üçün konkret nəticələr əldə etməyə çalışmalıdır. Diqqəti vahid məqsəd istiqamətində cəmləməyə çağırıram” – deyə Varcio qeyd edib..
G20 ölkələrinin xarici işlər nazirlərinin bir neçə gün əvvəl Bali adasında keçirilən görüşündə olduğu kimi, maliyyə nazirlərinin də görüşündə birgə bəyanatın qəbul olunmayacağı bildirilir.
Buna səbəb kimi Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata iştirakçıların fərqli münasibətinin olması göstərilir.