Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəldilər - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəldilər

Dünya A- A A+

“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Amma bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”.

Ednews TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”, - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv olan bəzi dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Nazir məlumat verib ki, yeni sanksiyalar paketinə 48 fiziki şəxs, o cümlədən Rusiyanın Baş nazirinin müavinlərindən biri, bir neçə regional lider və 9 təşkilat daxil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...