Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin ən böyük aviabazası olan Brayz-Norton və Londonun Luton hava limanı istilərin uçuş-enmə zolaqlarına təsiri ilə əlaqədar bazar ertəsi bütün uçuşları dayandırıb.
Ednews TASS-a istinadən xəbər verir ki, Oksfordşir qraflığında (Cənub-Şərqi İngiltərə) yerləşən bazanın fəaliyyətinin dayandırılmasına səbəb uçuş-enmə zolağının qismən əriməsi olub.
Hava limanın bu şəraitdə istifadəsi təhlükəli hesab olunub.