Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Hayk Alumyan məlumat verib.
“Bu səbəblə də R.Köçəryan məhkəmədə iştirak edə bilməyib. Məhkəmə sentyabrın 20-dək təxirə salınıb” – deyə Alumyan qeyd edib.
Xatırladaq ki, o, külli miqdarda rüşvət almaqda ittiham olunur.