Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

Dünya A- A A+
68 yaşlı Honq-Konqlu aktyor və rejissor Ceki Çan Çin diplomatlarının evakuasiyasına həsr olunmuş filmin icraçı prodüseri olub.
 
Ednews Lenta.ru-ya istinadən xəbər verir ki, Çin hökumətinin sifarişi ilə “Ev əməliyyatı” adlı filmdə vətəndaş müharibəsinin getdiyi qondarma Poman ölkəsində baş verən hadisələr göstəriləcək. Məlumata görə, sui-qəsdin əsasını 2015-ci ildə Yəməndə baş verən iğtişaşlar təşkil edib.
 
“Film insan talelərindən bəhs edir, süjet Çin hökumətinin diplomatlarını və digər vətəndaşlarını, habelə vətəndaş müharibəsinin baş verdiyi müəyyən bir Yaxın Şərq ölkəsindən əcnəbiləri necə evakuasiya etməsi ətrafında qurulub”.
 
Filmin çəkilişində iştirak edən “Art Maker Production” təşkilatının direktoru Ziyad Əli belə deyib.
 
O, əlavə edib ki, layihənin 40 faizi Suriya şəhərlərində çəkiləcək. Filmin prodüserləri bunun üçün müharibədən əziyyət çəkən əraziləri və Yaxın Şərq kaloritini axtarıb. Suriya isə belə uyğun “kamera dekorasiyası”na və “texniki imkanlara” malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...