İranın Fars əyalətində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 21 nəfərə çatıb.
Ednews xəbər verir ki, Fars əyalətinin İstehban şəhərində baş vermiş sel və daşqın nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Eyni zamanda, 89 nəfər xəsarət alıb, 79 nəfər xilas olunub, 15 avtomobil sudan çıxarılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sel və daşqın kənd təsərrüfatına və bəzi evlərə ziyan vurub.
***
12:20
İranın Fars əyalətində baş verən daşqında ölənlərin sayı artıb.
Ednews "İnterfaks"a istinadən xəbər verir ki, ölənlərin sayı 17 nəfərə çatıb.
***
09:00
İranın Fars əyalətində baş verən daşqında ölənlərin sayı 11 nəfərə çatıb.
Ednews xəbər verir ki, hadisə nəticəsində 13 nəfər itkin düşüb.
Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının daha çox ola biləcəyini proqnoz edir.