ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxıb. ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.
Kevin O Konnor bildirib ki, Prezident özünü çox yaxşı hiss edir.
“Öskürək demək olar, tamamilə yox olub. Hərarət, nəbz, qan təzyiqi, tənəffüsü və saturasiya səviyyəsi normal həddə qalır. Ciyərlər təmizdir. Prezident əvvəllər elan edilmiş ciddi özünütəcrid tədbirlərini həyata keçirməyə davam edəcək ", - O Konnor bildirib.