Ukrayna ABŞ-ı Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Ukrayna ABŞ-ı Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Dünya A- A A+
Ukraynanın Vaşinqtondakı səfiri, keçmiş maliyyə naziri Oksana Markarova Rusiyadakı bütün özəl banklara qarşı sanksiyaların tətbiqi ilə bağlı ABŞ Maliyyə Nazirliyinə sorğu göndərib.
 
Ednews xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
 
Qeyd olunub ki, səfir sanksiyaların silahlar kimi vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kiyev Vaşinqtonun hər həftə bir neçə Rusiya bankını qara siyahıya salmasını istəyir.
 
Diplomat vurğulayıb ki, bununla Ukrayna Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyat keçirmək üçün maliyyə imkanlarını azaltmağa çalışır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...