Sosial mediada "İran Air" avişirkətinə məxsus təyyarənin Təbriz hava limanına uğursuz eniş cəhdinin ardından növbəti eniş zamanı təyyarənin tavanının bir hissəsinin çökməsinə dair video yayılıb.
Ednews "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, sözügedən aviaşirkətin nümayəndəsi məsələ ilə bağlı açıqlama verərkən iddia edib ki, hadisənin yaşanmasına güclü külək və təyyarənin silkələnməsi səbəb olub.
Xatırladaq ki, sosial mediada İranda tez-tez döyüş və sərnişin təyyarələrinin təkərlərinin partlaması, mühərrikdə digər problemlərin yaranması kimi bir sıra texniki nasazlıq yaşanmasına dair video və xəbərlər yayılır.