Ərdoğan ölkə əhalisinə müraciət edəcək - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Ərdoğan ölkə əhalisinə müraciət edəcək

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisinə müraciət edəcək.

Ednews "TRT Haber"ə istinadən xəbər verir ki, sabah Türkiyə Nazirlər Kabinetinin növbəti toplantısından sonra dövlət başçısının xalqa müraciəti gözlənilir.

Toplantıda Ukraynada taxıl dəhlizi, 81 vilayətdə tikiləcək 150 min sosial mənzil layihəsi və terrorla mübarizə, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlər arasında terrorçuluğa qarşı mübarizə və meymunçiçəyi ilə bağlı aparılan profilaktik tədbirlər də yer alıb.

Qeyd edək ki, bundan əvvəl hökumətin iclası avqustun 1-də baş tutub.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...