Son 61 ilin ən pis quraqlığını yaşayan Çin məsələ ilə bağlı yeni addım atıb.
Ednews Hürriyət-ə istinadən xəbər verir ki, ölkə adekvat məhsuldarlığı təmin etmək üçün "bulud səpmə" üsuluna müraciət edəcək.
Qeyd edək ki, bu sahədə texnoloji cəhətdən inkişaf edən Çin illərdir "doğru zamanda lazımi miqdarda yağıntı" ilə bağlı təcrübələr aparır. Bulud səpmə əməliyyatının harada və nə qədər davam edəcəyi açıqlanmasa da, yaxın 10 gün ərzində yağıntı miqdarının kritik olduğu bildirilib. Payız məhsulu ümumi istehsalın 75 faizini təşkil edir.
Nəzrin Beydiyeva