Birləşmiş Millətlər Təşkilatının(BMT) İnsan Hüquqları Üzrə Ali Komissarlığı Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının pozulması ilə bağlı çoxdan gözlənilən hesabatını açıqlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki,hesabatda Çin rəhbərliyinin “ciddi insan haqları pozuntuları” olaraq xarakterizə edilən tətbiqləri “insanlığa qarşı cinayət” kimi qeyd edilib.
48 səhifəlik hesabatda Sincanda yaşayan 23 uyğur,16 qazax və 1 qırğız türkü ilə ətraflı mübahisələr aparıldığı,onlardan bəzilərinin 2016-cı ildən bəri müntəzəm fasilələrlə özbaşına həbs edildiyi və ya da Çində təhsil kamplarında işlədildiyi qeyd olunub.
Hesabatda həmçinin Sincan bölgəsində “terrorizm və ekstremizimlə mübarizə”adı altında ciddi “insan haqqları pozuntuları”nın törədildiyi və bu pozuntuların “insanlığa qarşı cinayətlər”təşkil edə biləcəyi vurğulanıb.
Günay Babayeva