Almaniya qısamüddət ərzində Rusiya qazından təmamilə imtina edə bilməz.
Bu sözləri Almaniya kansleri Olaf Şoltz Essendə vətəndaşla təşkil olunan dialoqda qeyd edib.
Ednews-un Almaniya mətbuatına istinadən xəbərinə görə, vətəndaşların suallarını cavablandıran Şotlz qeyd edib ki, rəhbərlik etdiyi hökumət Rusiya qazından asıllığı azaltmaq üçün lazımi addımlar atmağa davam edəcək, lakin o, həmçinin əlavə edib ki, Rusiyadan qaz tədarükünün tam şəkildə dayandırılması qeyri-mümkündür.
Rusiya-Ukrayna münaqişəsi nəticəsində qaz təchizatının kəsilməsinə toxunan Şoltz bildirib ki, Almaniya buna qarşı istənilən əks-reaksiya tədbirlər görməyə hazırdır.
Almaniyanın rəhbəri, həmçinin vurğulayıb ki, Berlin son aylar Rusiya qazına alternativ mənbələrin tapılması üçün artıq ciddi addımlar atıb, hazırda isə dövlət başqa ölkələrdən təbii qazın nəqli üçün bir sıra terminallar tikir.
Şoltz onu da qeyd edib ki, Şimal Afrika və Yaxın Şərqdən Avropaya qazın nəqli üçün yeni kəmərlərin çəkilməsi ilə bağlı müzakirələr davam edir.