İtaliyada fırtına nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Ednews "newsaf.cgtn"-ə istinadən xəbər verir ki, səlahiyyətlilər bu gün itkin düşən 2 nəfərin hələ də tapılmadığını bildiriblər. İtkin düşənlərin 8 yaşlı uşaq və 56 yaşlı qadın olduğu bildirilir.
Fırtınalar nəticəsində bəzi yerlərdə 400 millimetrdən çox yağış yağıb.
Ölkənin Marche bölgəsinin liman paytaxtı olan Ankona ətrafındakı küçələr sel nəticəsində yararsız hala gəlib. Əhaliyə evdə qalmaqları və bacardıqca hündürdə sığınmaqları tövsiyə edilib.
Qeyd edək ki, İtaliya bu il quraqlığa, ardınca isə şiddətli fırtınalara məruz qalıb.
Sözügedən quraqlıq İtaliyanın ən böyük su anbarı olan Po çayının qurumasına səbəb olub.
Nəzrin Beydiyeva