Rusiya Dövlət Duması səfərbərlik və ya müharibə dövründə hərbi xidmətə gəlməməyə və ya fərariliyə görə cəza haqqında qanuna dəyişiklik edib. Bu kateqoriyadan olan şəxslərə 10 ilədək həbs cəzası veriləcək.
Ednews xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
Mənbə yazır ki, müvafiq düzəlişin müəllifləri deputatlar Valeri Piskarev və Leonid Slutski, həmçinin senator Andrey Klişasdır.
Qeyd olunur ki, ehtiyatda olan vətəndaşlar da cinayət törətdiklərinə görə hərbi xidmət keçən hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar.