Suriya sahillərində miqrantları daşıyan qayığının batması nəticəsində 71 nəfər həlak olub.
Ednews APA-ya istinadən bildirir ki, məlumatı Suriyanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, hadisə zamanı qayıqda livanlı, suriyalı və fələstinli miqrantlardan ibarət 120-150 nəfərin olduğu güman edilir. Onların arasında qadınlar və uşaqlar da olub. Sağ qalan 20 nəfərin Suriyanın Tartus şəhərində xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Rəsmilər qayığın Tripoli yaxınlığındakı Minyeh şəhərindən Avropaya doğru yola çıxdığını bildirirlər.