Kubada bütövlükdə elektrik enerjisinin kəsilməsinə səbəb olan İan qasırğası ABŞ-ın Florida ştatını 4-cü kateqoriya səviyyəsində vurub.
Ednews xəbər verir ki, qasırğa Floridada iki milyon insanı işıqsız qoyub. Qasırğa saatda 250 kilometrə çatan küləklərə səbəb olub.
Milyonlarla insana evlərini tərk etmək əmri verilib.
Florida qubernatoru Ron DeSantis, İanın "tarixi" böyüklükdə bir qasırğa olduğunu bildirib. O, həmçinin, "insanlar üçün dua edin",- deyib.
Ehtimal olunur ki, İanın vuracağı zərərin əksər hissəsi böyük fırtınadan qaynaqlanır. Çünki okean suları fırtınanın gücü ilə yüksəlir və sahilə çıxarılır.
Beynəlxalq Fırtına Araşdırma Mərkəzinin nümayəndəsi Erik Salna "Meksika körfəzi sözün əsl mənasında quruya, çimərliklərə, icmalara doğru hərəkət etdiyini bildirib.
Nəzrin Beydiyeva