Avropanın ən güclü AES-i fəaliyyətə başlayıb - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Avropanın ən güclü AES-i fəaliyyətə başlayıb

Dünya A- A A+
Finlandiyadakı Olkiluoto atom elektrik stansiyasının üçüncü reaktoru (Olkiluoto-3) uzunmüddətli gecikmədən sonra fəaliyyətini bərpa edib.
 
Ednews xarici mediaya istinadən xəbər verir ki, AES-in dekabrdan etibarən tam gücü ilə işləməsi planlaşdırılır. Finlandiya hökumətinin bəyanatında göstərilir ki, Olkiluoto-3 gücünə görə Avropada birinci, dünyada isə ikincidir.
 
Stansiyanın istismara verilməsində məqsəd qış fəslində gözlənilən enerji böhranının qarşısını almaqdır. Olkiluoto AES Finlandiyanın enerjiyə tələbatının təxminən yarısını ödəmək gücündədir.
 
Areva-Siemens konsorsiumunun inşa etdiyi üçüncü reaktorun tikintisi texniki və maliyyə problemlərinə görə 12 il gecikmə ilə bu ilin martında başa çatıb. İl ərzində reaktorun bir neçə sınağı həyata keçirilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...