Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində, Yaroslavskaya küçəsində yerləşən yataqxanada içərisində insanların olduğu hosteldə yanğın baş verib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi zamanı 15 nəfər xilas edilib, qalanları isə yataqxananı özləri tərk ediblər.
Yanğının nədən qaynaqlandığı barədə məlumat verilməyib.